Bakıda dəhşətli hadisə – Çəkiclə arvadının başına dəfələrlə vuraraq…backend

Bakıda dəhşətli hadisə – Çəkiclə arvadının başına dəfələrlə vuraraq…

Bakıda kişi arvadını qətlə yetirməyə cəhd göstərib.

Hokm.az xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Aslanov küçəsi 13 ünvanındakı çoxmənzilli binada baş verib. Orada yaşayan Namazov Sərdar Yunus oğlu çəkiclə həyat yoldaşı Namazova Gülnarə Oruc qızının başına çoxsaylı zərbələr endirib.

Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

hadisəni törədən ər tutulub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb, araşdırma aparılır.

  •  (0)
  •  (0)