Bakıda DƏHŞƏT – Keçmiş ZEK arvadına 7 bıçaq zərbəsi vurdu – VİDEObackend

Bakıda DƏHŞƏT – Keçmiş ZEK arvadına 7 bıçaq zərbəsi vurdu – VİDEO

Ondan ayrılan həyat yoldaşı ilə barışmaq istəyib, evlərinə gedib, geri dönməsini tələb edib. Ancaq həyat yoldaşı bundan imtina etdiyinə görə ona 7 bıçaq zərbəsi vurub. Xoşbəxtlikdən qadın qaçmağa müvəffəq olub.

Hokm.az BAKU.TV-yə istinadən daha bir cinayət faktını təqdim edir.

2019-cu il yanvarın 7-də 3 saylı şəhər klinik xəstəxanasına çoxsaylı bıçaq yaraları ilə 39 yaşlı Cəmalə Balayeva daxil olub.

Həkimlər zərərçəkmişin həyatını xilas ediblər, onu öldürməyə cəhd edən əri Müxalif Balayev Türkan qəsəbəsində xidmət aparan Xəzər RPİ Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə görə, Müxalif Balayev əvvəllər 5 dəfə məhkum olunub.

İstintaqla müəyyən edilib ki, Müxalif Balayev ondan ayrılan həyat yoldaşı Cəmalə Balayeva ilə barışmaq istəyib.

Bu məqsədlə onun yaşadığı Türkan qəsəbəsindəki evə gedib. Evə qayıtmaq barədə etdiyi təklifləri rədd etdiyindən xuliqanlıq niyyəti ilə qadını qəsdən öldürmək qərarına gəlib. Orta dərəcəli sərxoş vəziyyətdə yanvarın 7-si evdən bıçaq götürüb, küçəyə çıxıb.

Arvadının hər gün işdən evə 101 nömrəli avtobusla gəldiyini əvvəlcədən bildiyi üçün Xanlar küçəsində yerləşən avtobus dayanacağında pusquda dayanaraq onu gözləyib.

Saat 18 radələrində Cəmalə Balayeva avtobusdan düşüb, atasının yaşadığı ünvana doğru getdikdə onun təqib edib.

Poçt küçəsində yolunu kəsərək qadının saçından tutub. Onun yalvarmasına baxmayaraq, bədəninin müxtəlif nahiyələrinə 7 bıçaq zərbəsi vurub.

Ancaq qadın müqavimət göstərərək ərazidən qaçmağı bacarıb, 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Cəmalə Balayevanın həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Müxalif Balayev bildirib ki, həyat yoldaşını əvvəlcə qorxutmaq istəyib, ancaq onunla barışmaqdan imtina etdiyi üçün yoldaşını bıçaqlayıb.

Cəmalə qaçdıqdan sonra arxasınca getməyib, evə qayıdıb və polis əməkdaşlarının gəlməsini gözləyib. Qısa müddətdən sonra polis əməkdaşları gəlib onu şöbəyə aparıblar. Orda əməlinin etiraf edərək, əməlindən peşman olduğunu bildirib.

Məhkəmə prosesində Müxalif Balayev ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müxalif Balayev 15 il müddətinə azadlıqdan məhrum olunub.

  •  (1)
  •  (0)