Bakıda 8 min manatlıq oğurluq edən şəxs saxlanılıbbackend

Bakıda 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakıda təmir-tikinti alətləri oğurlanıb.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8 000 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılıb.

Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülüb.

  •  (0)
  •  (0)