Bakıda 60-dan çox evə girən dəstə – Əllərinə keçəni oğurlayıblar – VİDEObackend

Bakıda 60-dan çox evə girən dəstə – Əllərinə keçəni oğurlayıblar – VİDEO

Bakıda bir neçə evdən oğurluq edilib.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Əməliyyat zamanı paytaxt sakinləri Ramin Qocayev, Cəbrayıl Abdullayev və Ayşən İsmayılova tutulublar. Onların Suraxanı rayonunda 60-dan çox evdən əsasən məişət əşyaları, mobil telefonlar və digər avadanlıqlar oğurladıqları məlum olub.

Faktlarla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Dəstə üzvlərinin paytaxt ərazisində başqa analoji cinayətlər törətdikləri də istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar da varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər”, – mətbuat xidmətindən bildirilib.

  •  (0)
  •  (0)