Bakıda 52 yaşlı kişi sevgilisini maşında bıçaqlayıb öldürdü, özü isə…. — Dəhşətli qətlin TƏFƏRRÜATIbackend

Bakıda 52 yaşlı kişi sevgilisini maşında bıçaqlayıb öldürdü, özü isə…. — Dəhşətli qətlin TƏFƏRRÜATI

Bakıda sevgilisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Azər Ağayevin cinayət işi.

Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı şəhər sakini İlhamə Talıbovanın bıçaqla qətlə yetirilmiş meyiti Binə qəsəbəsində tapılıb. Yerli sakinlər dəmiryol stansiyasının yaxınlığında qadın meyiti tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Əraziyə baxış keçirən polis və prokurorluq əməkdaşları qətlə yetirilənin 45 yaşlı İlhamə Eynulla qızı Talıbova olduğunu müəyyənləşdiriblər. Ekspertlər qadının üzərində 13 bıçaq yarası müəyyən ediblər. Qətlin Suraxanı rayonu ərazisində törədildiyi də məlum olub.

Daha sonra əməliyyatçılar qətli törətməkdə şübhəli bilinən şəxsin izinə düşərək, axtarışlara başlayıblar. Məlum olub ki, qətli törədən şəxs Nardaran sakini, 51 yaşlı Azər Şəmsəddin oğlu Ağayevdir. İlhamə Talıbova və Azər Ağayev arasında sevgi münasibətləri olub.

Polis əməkdaşları Azər Ağayevi ağır vəziyyətdə şəhər xəstəxanalarından birində tapıblar. O, yol qəzası nəticəsində aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Xəstəxanada dindirilən Ağayev qeyri-rəsmi nikahda yaşadığı İlhamə Talıbovanın meyitini atdıqdan sonra avtomobillə oradan uzaqlaşdığını və yolda qəzaya düşdüyünü bildirib.

Saxlanılan Azər Ağayev ifadəsində bildirib ki, İlhamə Talıbova ilə 1994-cü ildə toy məclislərinin birində tanış olub və həmin vaxtdan aralarında münasibət yaranıb.

Dini nigah yolu ilə qadını ikinci arvad kimi qəbul edib. Həmin nigahdan oğulları dünyaya gəlib. 2106-ci ildə təxminən 4-5 ay İlhamə kafelərin birində qabyuyan işləyib. İşlədiyi vaxtda İlhamənin mobil telefonuna başqa kişilərin zəng etməyindən şübhələnən Azər ona xəyanət etdiyini düşünüb. Bu barədə dəfələrlə arvadından soruşsa da, sonuncu heç kimlə əlaqəsinin olmadığını deyib.

Hadisə baş verən günü Azər İlhamə ilə Nizami rayon ərazisində görüşüblər. Talıbova avtomobilə əyləşdikdən sonra onlar mübahisə edə-edə Binə qəsəbəsi istiqamətinə gediblər.

Azər avtomobili çöllük əraziyə sürərək heç kimin olmadığı yerdə onunla məsələni aydınlaşdırmaq istəyib.

İlhamə Talıbova onunla qışqıra-qışqıra danışaraq nəlayiq söyüşlər söyməyə başlayıb. Buna dözə bilməyən Azər oturacağın altından bıçaqı götürərək yoldaşının yan tərəfindən bir zərbə vurub. İlhamə Talıbova avtomaşından yerə düşən zaman Azər ona tərəf qaçıb çataraq təxminən 13 bıçaq zərbəsi endirib. Qadının öldüyünü görən Azər meyidi sürüyərək çökəklik əraziyə atıb və avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə ) maddəsi ilə təqsirli bilinən Azər Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

  •  (0)
  •  (0)