Bakıda 27 yaşlı oğlanı döyə-döyə öldürdülərbackend

Bakıda 27 yaşlı oğlanı döyə-döyə öldürdülər

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb.

Bu barədə Hokm.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.

Bildiirlib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 14.09.2021-ci il tarixdə saat 17 radələrində zərərçəkmişin tanışı, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib, nəticədə H.Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

  •  (0)
  •  (0)