Bakıda 10-MM-100 qəza törətdi, hadisə yerindən qaçdı – Bir nəfər xəsarət alıb – VİDEObackend

Bakıda 10-MM-100 qəza törətdi, hadisə yerindən qaçdı – Bir nəfər xəsarət alıb – VİDEO

Bakıda 10-MM-100 qəza törətdi, hadisə yerindən qaçdı – Bir nəfər xəsarət alıb – VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hokm.az-ın Pravda.az-a istinadən xəbərinə görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Belə ki, “Toyota Prado” markalı, 10-MM-100 qeydiyyat nişanlı avtomobil “Renault Megane” markalı 99-SD-845 qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində “Renault Megane”da olan xanım sərnişin xəsarət alıb. “Toyota Prado” qəza baş verən yerdən uzaqlaşıb.

 

Vurulan avtomobilin sürücüsü bildirib ki, “Toyota Prado” Dadaşov Əliyar Ələkbər oğluna məxsusdur, 77 yaşı var. Zərərçəkmiş qeyd edib ki, xüsusi karantin rejimində Ə.Dadaşovun avtomobil idarə etməsi karantin rejimi qaydasının pozulmasıdır: “Qəza bir neçə gündür, baş verib, amma zərəri ödəmir…”

 

Faktla bağlı araşdırma aparılır.

 

  •  (0)
  •  (3)