Bakıda 1 yaşlı övladını öldürən şəxslə bağlı YENİ XƏBƏRbackend

Bakıda 1 yaşlı övladını öldürən şəxslə bağlı YENİ XƏBƏR

Bir neçə ay əvvəl Bakı şəhər Binəqədi rayonu ərazisində 1 yaşlı övladını boğaraq öldürən Vüsal Əliyev barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Hokm.az xəbər verir ki, Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.report

  •  (0)
  •  (1)