Bakı sakini Xaçmazda döyülüb və yandırılıbbackend

Bakı sakini Xaçmazda döyülüb və yandırılıb

Xaçmaz rayonunda döyülmə hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Susay kəndində qeydə alınıb.

Belə ki, Bakıdan Xaçmaza quşçuluq fermasına işləməyə gələn 1968-ci il təvəllüdlü Zaur İslam oğlu Abdullayev tanıdığı şəxslər tərəfindən döyülüb, sonra ağaca bağlanılaraq yandırılıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

  •  (0)
  •  (1)