Bacısını kanalda boğaraq qətlə yetirən şəxs barəsində QƏRAR VERİLDİbackend

Bacısını kanalda boğaraq qətlə yetirən şəxs barəsində QƏRAR VERİLDİ

Bacısını kanala ataraq boğub öldürməkdə təqsirləndirilən Elşən Abdulovun barəsində Şabran rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hokm.az APA-ya istinadla xəbər verir ki, hakim Çingiz İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib.

E. Abdulov barəsində 3 ay həbs qətimkan müddəti seçilib.

Qeyd edək ki, avqustun 31-də gecə saatlarında Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla hadisəni zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  •  (0)
  •  (1)