Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – Meyiti Naxçıvana gətirildi – FOTObackend

Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər – Meyiti Naxçıvana gətirildi – FOTO

Türkiyədə bir qrup şəxs tərəfindən döyülərək ağır xəsarət alan Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini 24 yaşlı Ələkbərov Məhəmmədəli Zakir oğlu xəstəxanada vəfat edib.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, gəncin meyiti Türkiyədən doğulduğu rayona gətirilərək dəfn edilib.

Bildirilir ki, hadisə təxminən 1 ay əvvəl baş verib. İnternetdə tanış olduğu xanımla görüşə gedən M.Ələkbərovu bir qrup şəxs qarşılayıb. Onlar İstanbulda işləyən və orada yaşayan Məhəmmdəlini döyərək ağır bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilsə də, daxili orqanları zədələnmiş gəncin həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparır.

  •  (2)
  •  (6)