Azərbaycanda qızıl alverçisindən şok əməl: Ağcabədi sakinlərini belə aldatdı — TƏFƏRRÜATbackend

Azərbaycanda qızıl alverçisindən şok əməl: Ağcabədi sakinlərini belə aldatdı — TƏFƏRRÜAT

Azərbaycanda qızıl alverçisindən şok əməl: Ağcabədi sakinlərini belə aldatdı — TƏFƏRRÜAT

Hokm.az bildirir ki, Azərbaycanda dələduzluq etməkdə təqsirli bilinən Səadət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Səadət Mammədova tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 20 mart 2014-cü il tarixdə gündüz saatlarında götürdüyü öhdəliyini  yerinə yetirmək niyyətinin əvvəlcədən olmadığını bildiyi halda, Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi ev 7-də yaşayan Sahibə Cəfərovanın 4.000 manat pulunu sonuncunun yaşadığı evində alıb. O, Türkiyə Respublikasından daha ucuz qiymətə qızıl-zinət əşyalarını bir həftə müddətində gətirəcəyi barədə öhdəlik götürüb.

Lakin verdiyi vədinə əməl etməyərək Səadət Məmmədova Sahibə Cəfərovanın etibardan sui-istifadə edib aldatma yolu ilə həmin pul vəsaitini ələ keçirib.

Bundan başqa, o, Ağcabədi rayonu Avşar kənd sakini Elyaz Qədimovun 3.500 manat pulunu sonuncunun evində alıb, Türkiyə Respublikasından daha ucuz qiymətə qızıl-zinət əşyalarını bir həftə müddətində gətirəcəyi barədə vəd verib. Vədinə əməl etməyərək onun qeyd olunan pulunu mənimsəyib.

“Ayı 10 faizlə sələmə borc aldığım şəxslər kimi tanımışam”

Daha sonra Səadət Məmmədova eyni vədlər verməklə Ağcabədi rayon sakinləri – İsimxan Əkbərovun 9000 manatını, Əli Əmiraslanovun 7500 manatını, Tamara Əliyevanın 4000 ABŞ dollarını ələ keçirib.

İstintaq orqanı tərəfindən Səadət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (şəxs tərəfindən dələduzluq törətmək) maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səadət Məmmədova bildirib ki, lisenziya əsasında qızıl əaşyalarının ticarəti ailə məşğul olub: “Elyaz Qədimov, Sahibə Cəfərova, İsmixan Əkbərov, Nicat Qədimov və Tamara Əliyevanı 2012-2014-cü illərdə qızıl əşyalarının ticarəti ilə əlaqədar pula ehtiyacı olduğum vaxtlarda ayı 10 faizlə sələmə borc aldığım şəxslər kimi tanımışam. Əli Əmiraslanov və Rübabə Məmmədovanı isə heç vaxt tanımamışam və onlardan ümumiyyətlə pul almamışam. Elyaz Qədimov, Sahibə Cəfərova, İsimxan Əkbərov, Nicat Qədimov və Tamara Əliyevadan heç vaxt Türkiyədən qızıl əsyaları gətirmək adı ilə pul almamışam və onları aldadaraq pullarını ələ keçirməmişəm”.

“150 min manatdan artıq pul qızıl əşyaları alılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-2014-cü illərdə Elyaz Qədimov, Sahibə Cəfərova və İsimxan Əkbərovdan aylıq 10 faiz sələmlə müxtəlif məbləğlərdə borc pul alıb: “Onlara aldığımdan bir neçə dəfə artıq pul qaytarsam da, həmin şəxslər əlavə faizlər hesablayaraq məndən 150 min manatdan artıq pul qızıl əşyaları alılar. Bu səbəbdən iflasa uğramışam. Həmn pulları ödəmək üçün bütün qohzum-əqrabamdan və tanışlarımdan borc pul almışam”.

Səadət Mamedova ifadəsində qeyd edib ki, Elyaz Qədimov, Sahibə Cəfərova və İsmixan Əkbərovdan müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə borc və sələmə pullar alıb, həmin pulların faizini və borcunu geri ödəyib: “Türkiyə Rüspublkasından ucuz qiymətə qızıl gətirəcəyim adı ilə Elyaz Qədimovdan 3500 manat, Sahibə Cəfərovadan 4000 manat və İsmixan Əkbərovdan 9000 manat pul almamışam, Rübabə Məmmədovanı tanımamış, Türkiyədən qızıl gətirmək üçün ondan 2700 manat pul almamışam, Əli Əmiraslanovu tanımamışam, ondan pul almamışam. Aldığım bütün pulları ehtiyacım olduğu üçün Sahibə Cəfərovadan almışam, sələmi gecikdirəndə Sahibə borcumun üstünə əlavə faiz hesablayıb. Tamara Əliyevadan 4000 ABŞ dolları pulu borc olaraq almışam. Həmin pulu tezliklə qaytarmışam. Sahibə Cəfərova Nicat Qədimovdan mənə vermək üçün 5000 manat alıb, həmin puldan 1000 manatını nəğd halda qaytarmışam, 3950 manatına isə brilliyant komplekt alaraq Sahibəyə verməklə həmin pul ilə əvəzləşdirilmişəm”.

“Qızım nişanlı oldugundan ona qızıl-zinət əşyası almaq istədim”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Sahibə Cəfərova bildirib ki, Səadət Məmmədovanı təxminən 3-4 il olar tanıyır: “Aramızda qohumluq əlaqəsi, ədavət və düşmənçilik olmayıb. Səadəti qızıl satan şəxs kimi tanımışam. Ondan bir neçə dəfə qızıl əşyaları da almışam. Qızım Səbinə nişanlı oldugundan ona qızıl-zinət əşyası almaq istədim. Bu məqsədlə 2014-cü ilin təxminən mart ayında Səadətlə əlaqə saxladım. Ona qızıl almaq istədiyimi bildirdım. Səadət bizə gəldi. Ona dedim ki, qızıma ag qızıl almaq istəyirəm, qızım bazarda ağ qızıldan birini bəyənib və həmin qızılın qiyməti 5.000 manatdır. Səadət dedi ki, burada 5.000 manata olan qızılı Türkiyədən 3.500-4.000 manata almaq olar. Ona görə də Səadətlə razılaşdım. Həmin vaxt Səadətə 4.000 manat nəgd pul verdim. Pulu verən zaman bizdə olan bacım Leyli İbrahimova Səadətə dedi ki, ona pul verməsi barədə bir kağız yazıb versin. Səadət razılaşdı, məndən 4.000 manat pul alması barədə qəbz yazdı və qızılları bir həftəyə gətirəcəyini bildirdi. Aradan təxminən 10 gün keçdikdən sonra Səadətə zəng etdim və qızılı soruşdum. Səadət mənə narahat olmamağı, yaxın günlərdə qızılı gətirəcəyini söylədi”.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra tanışı Elyaz Qədimov da qızıl almaq istəyib: “Mən də onlara Səadətin yaxında Türkiyəyə gedəcəyini və Türkiyədə qızılın buradan ucuz olduğunu bildirdim. Sonra Səadət ilə birlikdə Elyazgilə getdim. Onlar da Səadətə qızıl almaq üçün 3.500 manat pul verdilər. Bir müddət keçsədə, Səadət qızılları gətirmədi. Hər dəfə soruşanda yaxın günlərdə gətriəcəyini dedi”.

Bəraət aldı, amma uzun çəkmədi

Xocavənd rayon Məhkəməsinin hökmü ilə Səadət Məmmədovanın əməli sübuta yetirilməyib. Ona bəraət verilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Səadət Məmmədovanın məsuliyyətə cəlb olunmasını tələb edib. Eyni tələblə zərərçəkmişlər də apelyasiya şikayəti verib.

Prokurorun protesti, zərərçəkmişlərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda prokurorun protestinin, zərərçəkmişlərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Səadət Məmmədovanın barəsində olan bəraət hökmü ləğv edilib, onun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, prokurorun protesti və zərərçəkmişlərin şikayətləri təmin olunub.

Sadət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunub. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi Sadət Məmmədovaya tapşırılıb.editor.az

  •  (3)
  •  (0)