Azərbaycanda polislər evdən avtomat tapdıbackend

Azərbaycanda polislər evdən avtomat tapdı

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Hokm.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində S. Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Bununla da polis əməkdaşları həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb.

Qeyd olunub ki, cari ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 7-si aparılan marifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib. Əməliyyat yolu ilə aşkarlana 54 odlu silahdan 4-ü avtomat, 1-i tapança-pulemyot, 3-ü tapança, 3 ədədi isə yivli TOZ 8 silahıdır. Qeyd edək ki, gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədi ilə şöbə əməkdaşları əməliyyat-profilaktiki tədbirləri davam etdirir.

  •  (0)
  •  (1)