Azərbaycanda İNANILMAZ HADİSƏ – Qonşular hücum edib qadını bıçaqladıbackend

Azərbaycanda İNANILMAZ HADİSƏ – Qonşular hücum edib qadını bıçaqladı

Astarada 42 yaşlı qadın qonşularının hücumuna məruz qalıb. Hücuma məruz qalan qadın döyülüb və ona bıçaqla xəsarətlər yetirilib.

Hadisə rayonun Kakalos kəndində gecə saatlarında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Səidə Ramiz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol qol, sol qabırğa və sağ bud nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. Zərərçəkənin bildirdiyinə görə o, qonşusu tərəfindən hücuma məruz qalıb və ona bıçaqla xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır.Report

  •  (0)
  •  (1)