Azərbaycanda dəhşət! Avtomatla qonşunun həyətinə girib atəş açdıbackend

Azərbaycanda dəhşət! Avtomatla qonşunun həyətinə girib atəş açdı

Bərdədə odlu silahla havaya atəş açan şəxs saxlanılıb.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada avtomobillə getməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülmüşdür. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.

  •  (0)
  •  (1)