Azərbaycanda 52 yaşlı məmur 13 yaşlı qıza əxlaqsız hərəkət etdi, həbs edildibackend

Azərbaycanda 52 yaşlı məmur 13 yaşlı qıza əxlaqsız hərəkət etdi, həbs edildi

Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.
Hokm.az APA-ya istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay  müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.
Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
  •  (0)
  •  (0)