“Azərbaycan – Ukrayna” Beynəlxalq alyansı İlham Əliyevi “İlin Prezidenti” elan edibbackend

“Azərbaycan – Ukrayna” Beynəlxalq alyansı İlham Əliyevi “İlin Prezidenti” elan edib

Bütün Azərbaycan üçün taleyüklü olan bu noyabr günlərində, ölkə, otuz il ərzində qədimi Azərbaycan ərazisinin nəzarətini əlinə alan Erməni işğalçıları üzərində qazandığı qələbəni qeyd edir. Lakin Azərbaycanın səbri daşdı və Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin həmin vəziyyətə savadlı taktik yanaşması ilə Azərbaycanın rəşadətli ordusu 44 gün davam edən hərbi hərəkətlər nəticəsində öz ərazilərini geri almışdır. 10 noyabr 2020 il Azərbaycanın tarixində yeni səhifədir, ölkədə və ya onun xaricində yaşayan hər bir Azərbaycanlı üçün bayramdır. Müxtəlif ölkələrdə Azərbaycanlıların maraqlarını təmsiledən xarici təşkilatlar nümayəndələri işğalçılar üzərində qazanılan qələbə ilə bağlı Azərbaycan Prezidentinə öz təşəkkürünü bildiriblər,

Hokm.az-a açıqlamasın da “Azərbaycan – Ukrayna” Beynəlxalq alyansı sədri Elmar Məmmədov Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirib və bu günlərdə öz təşkilatı adından Prezidentimizi “İlin Prezidenti” elan etdi. “Prezidentin aydın məqsədli və səbirli olduğu üçün Azərbaycan əzəmətli qələbəni yaşadı! Cəbhədə hərbi hərəkətlər davam edən müddətdə o, əminliklə irəliləyirdi və bütün əngəllərin öhdəsindən gələrək Azərbaycanın ərazi bütövlüyünün bərpası üzrə yeni nailiyyətlər əldə edirdi! Həmin vəziyyətlə bağlı “Azərbaycan – Ukrayna” Beynəlxalq alyansı rəhbərliyinin ali şurasında biz yekdilliklə, Prezident İlham Əliyevin “İlin Prezidenti” elanı fikrini dəstəklədik” deyə, öz müsahibəsində E.Məmmədov bəyan etdi.

 

Hokm.az

  •  (1)
  •  (0)