Arvadını döyərək öldürən kişi xəstəxanaya yerləşdirildibackend

Arvadını döyərək öldürən kişi xəstəxanaya yerləşdirildi

Xızıda arvadını döyərək öldürən kişi Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bu barədə Hokm.az-a Xızı rayon prokurorluğundan məlumat verilib.

“İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 05 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirmiş, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.

İstintaq davam edir”, – deyə prokurorluqdan bildirilib.

  •  (0)
  •  (0)