Abşeronda ər keçmiş həyat yoldaşını küçədə döyübbackend

Abşeronda ər keçmiş həyat yoldaşını küçədə döyüb

Abş​​​eronda qadına küçədə hücum edilib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.

İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.
Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (1)