Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulubbackend

Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hokm.az report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (2)