15 yaşlı oğul anasını bu səbəbdən öldürüb – YENİLƏNİBbackend

15 yaşlı oğul anasını bu səbəbdən öldürüb – YENİLƏNİB

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda qətl hadisəsi baş verib.

Hokm.az xəbər verir ki, hadisə Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.

Oğulun küçədə anasını qətlə yetirdiyi bildirilir. Daxili İşlər Nazirliyindən (DİN) faktı təsdiqləyiblər.

DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qatil isti izlərlə tutularaq istintaqa cəlb olunub (apa).

  •  (0)
  •  (0)