Zurabişvili yeni baş naziri TƏSDİQLƏDİbackend

Zurabişvili yeni baş naziri TƏSDİQLƏDİ

Gürcüstan Prezident Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir təyinat olunması haqqında sərəncam imzalayıb.

Hokm.az xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

“Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin”, – deyə sərəncamda bildirilir.

Yeni hökumətin tərkibi belədir:

• Baş nazir – İrakli Qaribaşvili
• Təhsil, Elm, Mədəniyyət və İdman naziri – Mixeil Çxenkeli
• Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri – Levan Davitaşvili
• İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri – Natia Turnava
• Müdafiə naziri – Cuanşe Burculadze
• Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri – Ekaterina Tikaradze
• Ədliyyə naziri – Qoça Lortkipanidze
• Regional İnkişaf və İnfrastruktur naziri – İrakli Karseladze
• Xarici İşlər Naziri – David Zalkaliani
• Maliyyə Naziri – İvane Maçavariani
• Daxili İşlər Naziri – Vaxtanq Qomelauri
• Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri Üzrə Dövlət Naziri – Tea Axvlediani.

Xatırladaq ki, ötən gün parlament yeni hökuməti təsdiqləyib. Belə ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.

  •  (0)
  •  (0)