Ziyafət Əsgərovdən məlum toya ETİRAZ: “Qanun qarşısında hamı bərabərdir”backend

Ziyafət Əsgərovdən məlum toya ETİRAZ: “Qanun qarşısında hamı bərabərdir”

“COVİD-19″la mübarizə dünyanın qarşılaşdığı ən vacib problemlərdən biridir. Bu mənada Azərbaycan nəinki pandemiya ilə mübarizənin önündə gedən ölkədir, hətta beynəlxalq müstəvidə bu mübarizəyə böyük töhfə verir. İstər ÜST-nin xətti ilə, istərsədə ayrı-ayrı ölkələrə xeyli maddi yardımlar edir”.

Bu fikirləri modern.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Komitə sədri bildirib ki, qanunvericilik baxımından yanaşdıqda da bu sahədə çox işlər görülüb:

“Milli Məclis və Nazirlər Kabineti kifayət qədər normativ-hüquqi aktlar qəbul edib. Biz həmişə vətəndaşları fəal-sosial davranış nümayiş etdirməyə çağırmış, qanunvericiliyin tələblərinə əməl etməyə dəvət etmişik. Bu məsələdə ən böyük nümunəni möhtərəm Prezidentimiz cənab İlham Əiyev göstərmiş və dəfələrlə bildirib ki, qanun qarşısında hamı bərabərdir, toxunulmaz şəxs yoxdur.

Çox təəssüf ki, karantin qaydalarının kobud surətdə pozulması hallarına hələ də rast gəlinir. Bu baxımdan Milli Məclisin keçmiş deputatı İlham Əliyevin karantin qaydalarına zidd olaraq övladına toy etməsi və həmkarımızın həmin toyda iştirak etməsi qəbuledilməzdir. Hesab edirəm ki, karantin qaydalarına əməl edilməsində deputatlar, dövlət məmurları, ümumiyyətlə vəzifəli şəxslər nümunə göstərməlidirlər”.“Əlbəttə, hüquqi dövlətin əlamətlərindən biri kimi qanunvericilik və bütövlükdə hüquq qaydasına ciddi əməl edilməsi hamımızın borcudur, hər kəs dövlət və xalq qarşısında məsuliyyətini dərk etməlidir”, – deyə Ziyafət Əsgərov əlavə edib.

  •  (1)
  •  (1)