Ziya Bünyadov prospektində zəncirvari qəza olub, tıxac yaranıb – VİDEObackend

Ziya Bünyadov prospektində zəncirvari qəza olub, tıxac yaranıb – VİDEO

Bakıda üç avtomobil toqquşub.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı “Mercedes”, “Lada” və “Opel” markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.

Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.

 

  •  (0)
  •  (1)