Ziniçevin dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcəkbackend

Ziniçevin dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcək

Krasnoyarsk diyarında keçirilən təlim zamanı həyatını itirən Rusiya Fövqəladə Hallar Nazirliyinin başçısı Yevgeni Ziniçevin dəfn mərasimi sentyabrın 10-da Sankt -Peterburqdakı Şimal Qəbiristanlığında mətbuat üçün qapalı rejimdə keçiriləcək.

Hokm.az xəbər verir ki, bu barədə “RIA Novosti”yə Fövqəladə Hallar Nazirliyinin şəhər qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, elə həmin gün Moskvada Zinçevlə vida mərasimi keçiriləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin vida mərasimində iştirak etməyi planlaşdırır.

  •  (0)
  •  (0)