Sumqayıt Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.
Hokm.az xəbər verir ki, Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova direktor təyin edilib.
39 yaşlı qrossmeyster bu postda Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyin olunub (report).