Zərifdən Ermənistana mesaj: “Qədim dostluğa əsaslanan münasibətlər…”backend

Zərifdən Ermənistana mesaj: “Qədim dostluğa əsaslanan münasibətlər…”

Ermənistan və İran qədim dostluğa əsaslanan münasibətləri daha da gücləndirmək və regional problemləri birgə həll etmək niyyətindədir.

Hokm.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözlər iki ölkənin xarici işlər nazirləri Ara Ayvazyan və Məhəmməd Cavad Zərif arasında baş tutan telefon danışığı zamanı dilə gətirilib.

Xarici işlər nazirliklərinin rəhbərləri ikitərəfli gündəliyin məsələləri barədə fikir mübadiləsi aparıblar.

“Qədim dostluğa əsaslanan münasibətlərin inkişaf dinamikası ilə əlaqədar məmnunluq ifadə edilib və müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi yolu ilə daha da möhkəmləndirilməsinə qarşılıqlı hazırlıq təsdiq olunub”, – nazirlərin birgə açıqlamasında bildirilib.

Həmsöhbətlərin regional təhlükəsizlik və sabitlik məsələlərinə toxunduğu qeyd olunub. Tərəflər yeni regional problemlərin həllində koordinasiya olunmuş əməkdaşlığın vacibliyini vurğulayıblar.

  •  (0)
  •  (0)