Zəngilandan qızıl oğurlayan “Frank Muller” şirkətinə CİNAYƏT İŞİ AÇILDIbackend

Zəngilandan qızıl oğurlayan “Frank Muller” şirkətinə CİNAYƏT İŞİ AÇILDI

“İşğal olunmuş Zəngilan rayonun Vejnəli kəndinin ərazisində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşirdi. Ermənistan tərəfindən də 3-cü ölkələrin hüquqi və fiziki şəxsləri cəlb etməklə Vejnəlidə qanunsuz qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesə 3-cü ölkənin bir şirkəti olan “Geopromaninq”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmakis adlı şəxs cəlb olunmuşdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Vejnəli yatağından çıxan qızılın dünyada brend saatları hesab olunan “Frenk Müller”in dizaynında istifadə olunduğunu deyən H.Hacıyev bunun qeyri-qanuni olduğunu bildirib.

“Vartan Sirmakis dünyada brend saatları hesab olunan “Frenk Müller” saatlarının istehsalçısıdır. Vejnəli və Kəlbəcərdə çıxarılan qızıllar həmin “Frenk Müller” saatlarının işləməsində istifadə olunurdu. Çox təəssüflə qeyd etməliyik ki, qızıl və mineral ehtiyatlarının istismarında “dyüdelecens” adlanan bir anlayış var. Bu da bu kimi qiymətli metalların istismarında və onların çıxarılmasında müəyyən olunmuş istər texniki təhlükəsizlik, istərsə də şəffaflıq nöqteyi nəzərdən meyar və parametrlərin tətbiq olunması deməkdir. Bütün bunlara göz yumularaq bu qızıl resursları Ermənistana gətirilirdi və saflaşdırılma mərhələsindən keçdikdən sonra 3-cü ölkələrin bazarlarına çıxarılaraq satılırdı”.

Prezidentin köməkçisi “Frenk Müller” saatlarının istehsalçısı olan Vartan Sirmakisə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açıldığını, lakin hüquqi müstəvidə buna indiyə qədər reaksiya verilmədiyini də qeyd edib.

“Vartan Sirmakisin bu əməllərinə görə haqqında Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılmış və hüquqi təlim addımları da həyata keçirilmişdir. Lakin təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın hüquqi müstəvidə olan sorğularına indiyə qədər heç bir lazimi cavab verilməyib. Çox bir xoş haldır ki, artıq Vejnəli yatağı işğaldan azad olunub.

  •  (2)
  •  (0)