Zelenski Ukrayna Milli Qvardiyasına yeni komandan təyin etdibackend

Zelenski Ukrayna Milli Qvardiyasına yeni komandan təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Yuri Lebedi Milli Qvardiyanın komandanı təyin edib.

Fevralın 25-də Ukrayna lideri təyinatla bağlı müvafiq sənədi imzalayıb.

“Lebed Yuri Anatoliyeviç Ukrayna Milli Qvardiyasının komandanı təyin olunsun”, – deyə sənəddə bildirilib.

Qeyd edək ki, Yuri Lebed 2019-cu ilin iyununa qədər Ukrayna Milli Qvardiyasının komandanının müavini vəzifəsini icra edib.

Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 28-də Milli Qvardiyanın komandanı general-polkovnik Nikolay Balanı vəzifəsindən azad edib. Yuri Lebed həmin vaxtdan etibarən Milli Qvardiyanın komandanı vəzifəsini müvəqqəti icra edib.

  •  (0)
  •  (0)