Zelenski Saakaşvilinin həbsindən narahatdırbackend

Zelenski Saakaşvilinin həbsindən narahatdır

“Prezident Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması və Gürcüstanda səsləndirilən “bəyanatların tonu” ilə bağlı narahatdır”.

Hokm.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

“Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna vətəndaşı ilə bağlı bu addımın bütün səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat almayıb”, – deyə Nikiforov qeyd edib.Redaktor.az

  •  (0)
  •  (0)