Zelenski Moskvaya dəvət olunacaqbackend

Zelenski Moskvaya dəvət olunacaq

Ukrayna prezidenti Vladimir Zelenski 2020-ci ilin mayında Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə dəvət olunacaq.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın prezident köməkçisi Yuri Uşakov brifinqdə deyib. O, rəsmi Moskvanın bu münasibətlə Zelenskiyə dəvətnamə yollayacağını söyləyib.

Qeyd edək ki, Qələbə günündə Moskvada dünyanın 17 liderinin iştirakı artıq təsdiqlənib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl amerikalı həmkarı Donald Trampı da parada dəvət edib. Tramp dəvətə müsbət reaksiya verib və dəvətnamə gözlədiyini bildirib.

Hokm.az

  •  (0)
  •  (0)