Vladimir Zelenski dövlət başçısı kimi ilk dəfə Luqansk vilayətinin Kiyevin nəzarətində olan ərazilərində Ukrayna ordusunun mövqelərinə baş çəkib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Prezident Luqanskoy kəndində ön cəbhədə, xüsusilə müşahidə və blindaj postunda olub. Düşmənin yaxın mövqeyi 400 metrdir”, — deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, Zelenski hərbçilərin məişət şəraiti ilə tanış olub və qeyd edib ki, güc strukturlarının təchizatı yaxşılaşdırılmalıdır.
“Ukraynanı müdafiə edən hərbçilər üçün şərait normal olmalıdır”, — deyə prezident vurğulayıb. (AzNews.az)
Hokm.az
















