İctimai İaşə obyektlərində (restoran ,kafe, dönərxanalar, şadlıq sarayı və s.) baş verən zəhərlənmələrə ən başlıca səbəb, sanitar qaydalara uyğun olmadan hazırlanan qida məhsullarıdır. İlk növbədə mənşəyi məlum olmayan yerdən alınan ət məhsulları,(tam əmin olmaq lazımdır ki, kəsilən heyvan sanitar qaydalara uyğun kəsilir,baytar həkimlər tərəfindən yoxlanılır və satılır) məhsulun təzə olmaması, düzgün texnalogiya ilə emal olunmaması və bundan əlavə, məhsul nə qədər təzə olsada,emal zamanı ət və ət məhsullarının düzgün olmayan otaq temperaturunda emal olunması,otaq temperaturunda açıqda saatlarla qalması,yeməyin normalara uyğun temperaturda mühafizə edilməməsi. Qida məhsullarının,”Bişirilməsi” “Soyudulması” “İsidilməsi” və “Təqdimatına” texnoloji baxımdan diqqət olunmaması və dərin dondurucudan çıxarılan məhsulların texnologiya qaydalarına əməl olunmadan və düzgün şəraitdə, normalara uyğun dərəcədə buzunun açılmaması və s. Əgər həkim səhv edərsə bir insanı, aşpaz səhv edərsə, onlarla, yüzlərlə insanı zəhərləyə və ya öldürə bilər. Məhz buna görə də İctimai iaşə obyektlərinin sahibləri bu kimi hallara diqqət etməli, professional ustalar və şeflər ilə işləməlidirlər.
Suşi zəhərlənmələrinin başlıca səbəbi isə,sanitar qaydalara uyğun emal olunmamış çiy balıqda ola bilər. Çiy balıq ilə hazırlanmış bir suşi istehlak etmək, müxtəlif bakteriya və parazitlərin orqanizmə daxil olma riski yaradır.Çiy balıqdan hazırlanmış suşidə və düzgün emal olunmamış dəniz məhsullarında aşkar olunan Salmonella,müxtəlif Vibrio bakteriyaları, Anisakis və Diphylobothrium parazitləri daxildir. Bundan əlavə balıqlarda dəniz çirkliliyi səbəbindən civə kimi ağır metallar və digər toksinlər qida zəhərlənməsinə səbəb ola bilər.
Tuna, qılıncbaligi, naqqa, köpək balığında civə yüksək səviyyədədir.
Salmon, ilan balığı, alabalıq, və ahtapot kimi dəniz məhsullarında civə nadir hallarda rast gəlinir.Suşimenlər az riskli dəniz məhsulları istehsal edərək bu riski azalda bilərlər.
















