Zəfər yolunun nə vaxt istifadəyə veriləcəyi AÇIQLANDIbackend

Zəfər yolunun nə vaxt istifadəyə veriləcəyi AÇIQLANDI

Şuşa şəhərinə çəkilən Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək.

Hokm.az-ın məlumatına görə, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şanlı qələbəsindən 6 gün sonra yolun tikintisinə başlanıldı: “Hazırda ərazidə fasiləsiz olaraq tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol iki gediş-iki gəliş, altı zolaqdan ibarət olacaq. Yol bu ilin sentyabr ayınadək asfaltlanaraq tam istifadəyə veriləcək.

Yolda 4 körpü, 10 yeraltı keçid və o cümlədən su ötürücüləri olacaq”.

  •  (0)
  •  (0)