Zaxarova: “Minsk qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub”backend

Zaxarova: “Minsk qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub”

ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridin bəyanatının səmimiliyinə şübhə edirəm.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ Dövlət katibinin köməkçisinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Almaniya səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Nazir: “Kommunikasiyaların bərpası ilə bağlı konkret sənədin ortaya qoyulmasını gözləyirik” – VİDEO
Pan Gi Mun: “Bakı Qlobal Forumu dialoq üçün çox gözəl platformaya çevrilib”
“Əgər Vaşinqton və Paris həqiqətən də ATƏT-in Minsk qrupu həmsədrlərinin unikal vasitəçilik formatını vacib hesab etsəydilər, fevralın 24-dən nümayişkaranə şəkildə heç bir məsləhətləşmə aparılmadan Minsk qrupunun Rusiyadan olan həmsədri ilə təmasları kəsməzdilər. Bununla da Minsk qrupu üçlüyünün işinə sağalmaz ziyan vurulub. İndi isə belə danışırlar. İndiyə kimi onların bu məlum addımının səbəbi ilə bağlı aydın izahat verilməyib. Zəmanət yoxdur ki, onların bu cür hərəkətləri bir daha təkrarlanmayacaq. Özünü elə guya heç nə baş verməyib kimi aparmaq, sadəcə olaraq alınmayacaq. Yeni reallığı nəzərə almaq lazım olacaq. Düşünürəm ki, “stavkalar” bizi təcrid etməyə qoyulmuşdu, lakin onlar yanıldılar, səhv hesabladılar, öz konsepsiyaları ilə uğursuz oldular, bizdən özlərini təcrid etdilər. Xarici dünya Avroatlantika ilə məhdudlaşmır. Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Rusiya tərəfi ayrı-ayrı xarici oyunçuların siyasiləşdirilmiş addımlarının regionda sülh və sabitliyin bərpa olunması ilə bağlı səylərin pozulmasına imkan verə bilməz”, – Rusiya XİN sözçüsü vurğulayıb.

  •  (0)
  •  (0)