Zaxarova: “ABŞ-ın sanksiyalarına Rusiyanın cavabı qaçılmazdır”backend

Zaxarova: “ABŞ-ın sanksiyalarına Rusiyanın cavabı qaçılmazdır”

“Moskvanın ABŞ-ın sanksiyalarına cavabı qaçılmazdır”.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O deyib ki, ABŞ-ı dəfələrlə düşməncəsinə addımların nəticəsi ilə bağlı xəbərdar ediblər:

“Vurğulamışıq ki, bu kurs iki ölkə xalqlarının maraqlarına cavab vermir. Co Bayden münasibətlərin normallaşmasında maraqlı olduğunu dilə gətirmişdi. Ancaq administrasiyanın hərəkətləri bunun əksindən xəbər verir. Bu cür aqressiv davranışlarla mübarizə aparılacaq. Sanksiyalara cavab verilməsi qaçılmazdır”.

XİN-in nümayəndəsi onu da bildirib ki, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan sanksiyalarla əlaqədar olaraq Rusiya XİN-ə çağırılıb.

  •  (0)
  •  (0)