Zaurun verilişində anasından imtina edən qız əri tərəfindən öldürüldü – VİDEObackend

Zaurun verilişində anasından imtina edən qız əri tərəfindən öldürüldü – VİDEO

ATV-nin “Bizimləsən” proqramında anasından imtina edən qız qətlə yetirilib.

Hokm.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev 30 noyabr tarixində yayımlanan “Bizimləsən” proqramındaməlumat verib.

“Ləman adlı xanım əri tərəfindən başı kəsilərək qətlə yetirilib. Hadisədən sonra isə polisə gedərək təslim olub. Hadisə barədə araşdırma gedir”, – deyə Zaur əlavə edib.

Xatırladaq ki, proqramların birində Ləman adlı qızın axtarışına gələn ana telefon zəngiylə şoka düşmüşdü. Ləman adlı xanım, ərinin yanında olduğunu və ailəsindən imtina etdiyini bildirmişdi.

O qeyd etmişdi ki, zamanında problem olanda anası onu ciddiyə almamışdı və artıq çox gecdir.Bizim.Media

  •  (0)
  •  (2)