“Zaurla Günaydın” verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMAbackend

“Zaurla Günaydın” verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA

ATV-nin efirində yayımlanan “Zaurla Günaydın” verilişinin sosial izolyasiya qaydalarının tətbiqindən əvvəl çəkildiyi ilə bağlı yayılan xəbərlərə Milli Televiziya və Radio Şurası (MTRŞ) rəsmi münasibət bildirib.

Hokm.az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bunları deyib:

“Verilişdə qonaqlardan birinin maska taxması o demək deyil ki, veriliş sosial izolyasiya qaydaları tətbiq olunan müddətdə çəkilib. Hər birimiz özümüzü bir qədər xəstə hiss edən kimi maska taxırıq. Bu verilişdə iştirakçı olan qonaq da ola bilər ki, çəkiliş müddətdə özünü yaxşı hiss etmədiyi üçün maska ilə qorunmaq istəyib”. //Metbuat.az

  •  (0)
  •  (1)