Zaur Əliyev “İlin telejurnalisti” seçildi – FOTObackend

Zaur Əliyev “İlin telejurnalisti” seçildi – FOTO

Tanınmış telejurnalist Zaur Əliyev “İlin telejurnalisti” mükafatına layiq görülüb.

Hokm.az xəbər verir ki, 1 dekabr 2021- ci il tarixində Beynəlxalq Muğam mərkəzində “Simurq2021” qala gecəsi mükafatlandırılma mərasimi baş tutub. Tədbirdə bir çox incəsənət xadimləri, iş adamları, həkimlər və digər nüfuzlu simalar mükafata layiq görülüb.

Qeyd edək ki, Z.Əliyev “ANS”, “ATV”, “ARB” “Lider” TV“də bir çox reytinqli televiziya layihələrinin rəhbəri, “Lider TV” nin baş prodüseri, “Səda səhər” verlişinin aparıcısı olub. Eyni zamanda ölkəmizin populyar onlayn media resurslarından olan – Azmedia.az portalının rəhbəridir. O, efir məkanında və informasiya mühitində innovativ layihələri ilə diqqət çəkməyi bacarıb. “Texnopark” verlişi ilə çoxmilyonluq tamaşaçıların rəğbətini qazanıb.

  •  (3)
  •  (0)