Zaur Bayramlı doğum gününü qeyd edirbackend

Zaur Bayramlı doğum gününü qeyd edir

ABŞ-da yaşayan həmyerlimiz, politoloq və diaspor fəalı Zaur Bayramlı doğum gününü qeyd edir. 47 yaşını tamamlayan Bayramlı Azərbaycan ictimai-siyasi mühitində tanınan simadır.

Şəmkir rayonunun Sabirkənd kəndində anadan olan Zaur Bayramlı Bakı Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya fakültəsini Sosiologiya ixtisasını bakalavr, həmin fakultəni Siyasətin sosiologiya ixtisası üzrə magistr dərəcələri üzrə bitirib.

1993-cü ildən aktiv ictimai fəaliyyətə başlayan Z.Bayramlı dövrünün məşhur gənclər təşkilatlarından olan – “Türk Millətçi” Gənclər Təşkilatının rəhbərliyində təmsil olunub. Ardınca fəaliyyətini “Türk Millətçi” Partiyasının funksioneri olaraq davam etdirib. İcitmai-siyai fəaliyyətini əsasən Bütöv Azərbaycan və Türk Dünyasının birliyi istiqamətində quran Bayramlı bir müddət jurnalist kimi də çalışıb və mətbuatda müəllif yazıları ilə çıxış edib.

2003-cü ildə Ankara şəhərinə köçüb və burada “Elçi Qrup” şirkətini təsis edib. Paralel olaraq ictimai-siyasi fəaliyyətini davam etdirib. Güney Azərbaycanın Türkiyədə tanınması istiqamətində, həm də Azərbaycan diasporunun güclənməsi istiqamətində fəaliyyət göstərib. Eyni zamanda Türkiyə mətbuatında köşə yazıları ilə çıxış edib.

2014-cü ildən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayır. Amerikada Azərbaycan diasporunun fəaliyyətində yaxından iştirak edir və bu fəaliyyətinə görə, müxtəlif təltiflərə layiq görülüb. Tovuz hadisələri və 44 günlük vətən müharibəsi dövründə ABŞ-da keçirilən aksiyaların əsas təşkilatçılarından biri olub.

Zaur bəyi təbrik edir, Azərbaycanımızın rifahı naminə yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

  •  (4)
  •  (1)