Zaqatalada toy təşkilatçısı CƏRİMƏLƏNDİ – FOTObackend

Zaqatalada toy təşkilatçısı CƏRİMƏLƏNDİ – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Bəhmətli kəndində Tərlan Cumayevə məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı T.Cumayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.

  •  (0)
  •  (0)