Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandıbackend

Zaqatalada əsgər özünü güllələdi, general hərbi hissəyə yollandı

Zaqatalada hərbi hissədə intihar olub.
Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.
Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.
  •  (0)
  •  (0)