Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndibackend

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

Zaqatalada daha bir nəfər göbələkdən zəhərlənib.

Hokm.az xəbər verir ki, rayonun Dağlı kənd sakini 1993-cü il təvəllüdlü İbrahim Fərhad oğlu Mehdiyev bu gecə saat 04 radələrində zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. İ. Mehdiyevin müalicəsi Zaqatala RMX-da davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

  •  (0)
  •  (0)