Zaqatalada baş verən qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hokm.az report-a istinadən bildirir ki, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəkidən tütünçüləri gətirən mikroavtobusun qarşısına qoşqulu motosiklet çıxıb. Nəticədə qəza baş verib.
Xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
——————————-
17:50
Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var.
Hokm.az APA-ya istinadən bildirir ki, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Qandax marşutu ilə hərəkət edən mikroavtobus qoşqulu motosikletlə toqquşub. Qəza zamanı mikroavtobusda olan bir nəfər şərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Motosikletin sürücüsü, sərnişini və mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
















