Zaqatala xəstəxanasında ana ölümü ilə bağlı cinayət işi başlandıbackend

Zaqatala xəstəxanasında ana ölümü ilə bağlı cinayət işi başlandı

Zaqatalada gənc ananın doğuş zamanı ölməsi ilə bağlı cinayt işi başlanıb.

Zaqatala rayon prokurorluğundan Hokm.az-a bildirilib ki, rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  •  (0)
  •  (0)