Zakir Həsənov Türkiyəyə səfərə getdibackend

Zakir Həsənov Türkiyəyə səfərə getdi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

  •  (0)
  •  (0)