Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdübackend

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşdü

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

  •  (0)
  •  (0)