Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşübbackend

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Nazirlikdən Hokm.az-a verilən məlumata görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

  •  (0)
  •  (0)