Zahir Əmənov azadlığa buraxılıbbackend

Zahir Əmənov azadlığa buraxılıb

Azərbaycanda sayt rəhbəri Zahir Əmənov azadlığa buraxılıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Zahir Əmənovun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Zahir Əmənov aprelin 13-də  günorta redaksiyanın ofisində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etməni nəzərdə tutan 182.1 maddəsi ilə  cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev  bildirib ki,  son vaxtlar Əmənov Masallı rayon icra başçısı Şahin Məmmədovla münasibətlərindəki gərginlikdən şikayətlənib.

Sonuncu rayondakı neqativ hallar, pis idarəçilik və sosial problemlərlə bağlı tənqidlərdən narazı qalıb.

Bir sıra jurnalist təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri “Cənub.az” regional xəbər saytının redaktoru Zahir Əmənovun saxlanılması ilə əlaqədar Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazova müraciət etmişdi. Onlar nazirdən istintaq müddətində jurnalisti həbs etməməyi xahiş etmişdi.

Ləman Qasımova

  •  (0)
  •  (0)