Zahid Oruc: ”Qanunlarımızı da 20-faizlik işğaldan qurtarmalıyıq”backend

Zahid Oruc: ”Qanunlarımızı da 20-faizlik işğaldan qurtarmalıyıq”

“Son 30 ildə təkcə torpaqlarımız deyil, onunla birgə qanunvercilik sistemimiz də Ermənistanın işğalının acısını çəkib.

Beynəlxalq öhdəliklər yaradan, Konvensiya, saziş və model hüquqi aktlarda Milli Məclis hər zaman xüsusi qeyd-şərtlə çıxış etməyə məcbur olub. Əlbəttə, hər birimiz üçün ağır olan və dünyada izahı qeyri-mümkün sayılan hadisəydi ki, biz Qarabağ və ətraf ərazilərdə həmin konvensial aktların işləməsini təmin edə bilmədiyimizi qeyd edirdik. Suverenliyimizin tam gücü ilə işləyə bilmədiyinin göstəricisi kimi, terror, çirkli pulların yuyulması, mütəşəkkil cinayətkarlıq, yaxud ekoloji və digər fundamental dövlət hüququna dair məsələlərdə Azərbaycan kənarda qalırdı”.

Bunu parlamentin bugünkü iclasında millət vəkili Zahid Oruc deyib, o bildirib ki, Vətən Müharibəsində qələbəmiz bütün qanunlarımıza yenidən baxmağı və onların da “20 faiz işğal” acısından qurtulmasını tələb edir. Əslində Parlamentimiz üçün çox şərəfli hadisədir və məhz 6-cı çağırış Məclis üzvləri bütün qanunlarımıza yenidən baxaraq, keçmişdə xüsusi şərtlər qoyduğumuz sənədlərin tamamlanması, daha sonra onu yenidən beynəlxalq mərkəzlərə göndərilməsini vacib hesab edə bilər.

  1. Milli Məclisdə yaradılan bütün qanunların reestrindən sözügedən aktların tapılıb çıxarılması, qanunlarımızın da bütövlüşməsinə dair işlərin görülməsi üçün Milli Məclis Aparatına xüsusi tapşırıq verilməlidir!
  •  (0)
  •  (0)